2023-24-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışına start verib. “Qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü yekunlaşdırıb.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalda hazırlıq keçən futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.