Bolu Gündəliyi - 12.07.2019
Xəbərlər / 12 İyul 2019 | 23:05273
Bolu Gündəliyi - 12.07.2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının doqquzuncu gününü arxada qoyub. Sənan Qurbanovun yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Komandamız hər iki məşq zamanı toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədəsini sağaltdıqdan sonra bərpa prosesini başa vuran Davit Volkov komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.