Bolu gündəliyi – 13.07.2023
Xəbərlər / 13 İyul 2023 | 20:561522
Bolu gündəliyi – 13.07.2023

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 3-cü gününü başa vurub. 

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk yarısında fitnes zalda bərpa məşqi baş tutub. İkinci məşq meydanda gerçəkləşib. Hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. 

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 20-dək davam edəcək.