2023-2024-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Boluda gerçəkləşən hazırlıq prosesinin 4-cü gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Hər iki hazırlıq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.
Xatırladaq ki, Türkiyə toplanışı iyulun 20-dək davam edəcək.