Bolu gündəliyi – 15.07.2022
Xəbərlər / 15 İyul 2022 | 21:39179
Bolu gündəliyi – 15.07.2022

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir. “Qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin 12-ci gününü başa vurub. 

Komandamız günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələrinin hazırlığı günün ikinci yarısına təsadüf edib. Məşq meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.