Bolu Gündəliyi - 16.07.2019
Xəbərlər / 16 İyul 2019 | 22:45270
Bolu Gündəliyi - 16.07.2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlığı davam etdirir. Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komandamız hazırlıq prosesinin 13-cü gününü yekunlaşdırıb. “Qırmızı-qaralar” günün ikinci yarısında hazırlıq keçib. Toplanış çərçivəsindəki son məşq əsasən toplu çalışmalardan ibarət olub.

Xatırladaq ki, “Qəbələ” sabah “Boluspor”a qarşı keçiriləcək yoxlama oyunundan sonra vətənə dönəcək.