Bolu gündəliyi – 16.07.2023
Xəbərlər / 16 İyul 2023 | 21:271642
Bolu gündəliyi – 16.07.2023

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Boluda təşkil olunan hazırlıq prosesinin 6-cı gününü başa vurub. 

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Komandamız bərpa məşqi keçib.

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 20-dək davam edəcək.