Yem mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Boluda təşkil olunan hazırlıq prosesinin 14-cü gününü bir məşqlə yekunlaşdırıb.
Komandamız günün ikinci yarısında hazırlıq keçib. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri toplu və topsuz çalışmaları icra edib. Hazırlıq ikitərəfli oyunla başa çatıb.