2023-2024-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Boluda gerçəkləşən hazırlıq prosesinin 7-ci gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. İlk məşq fitnes zalda baş tutub. Günün ilk yarısındakı hazırlıqda futbolçular fiziki təmrinləri yerinə yetiriblər. Meydanda baş tutan günün ikinci məşqi toplu və topsuz çalışmalardan ibarət olub.
Xatırladaq ki, Türkiyə toplanışı iyulun 20-dək davam edəcək.