Bolu gündəliyi – 18.07.2023
Xəbərlər / 18 İyul 2023 | 21:561654
Bolu gündəliyi – 18.07.2023

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Boluda təşkil olunan təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” hazırlıq prosesinin 8-ci gününü yekunlaşdırıb. 

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə başa vurublar. İlk məşq fitnes zalda baş tutub. Günün ilk yarısındakı hazırlıqda futbolçular fiziki təmrinləri yerinə yetiriblər. Meydanda baş tutan günün ikinci məşqi toplu və topsuz çalışmalardan ibarət olub. 

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 20-dək davam edəcək.