Boluda 6 qol
Xəbərlər / 12 İyul 2023 | 19:571621
Boluda 6 qol

“Qəbələ” - "Sukleya" (Moldova) – 4:2

İlkin Qırtımov, Murad Musayev, Omar Hani, Osama Xalayla

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” qardaş ölkədəki hazırlıq prosesinin ikinci günündə meydana çıxıb. Komandamız Moldovanın “Sukleya” klubu ilə üz-üzə gəlib.

Baş məşqçi Elmar Baxşıyev Boludakı “Termal otel”in məşq bazasında baş tutan qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Urfan Abbasov, Rauf Hüseynli, Emil Səfərov, Gilad Abramov, Əyyub Allaş, Omar Hani, Ülvi İsgəndərov, Osama Xalayla.

Qarşılaşma “Qəbələ”nin hücumları ilə başlayıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan “qırmızı-qaralar” fasiləyədək rəqib qapısından üç top keçirib. Öncə İlkin Qırtımov, ardınca Murad Musayev və Omar Hani Moldova klubunun qapısına yol tapıb. Rəqib ilk yarıda bu qollardan birinin əvəzini çıxa bilib.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci 45 dəqiqə də qolla başlayıb. Osama Xalayla komandamızın 4-cü qoluna imza atıb. “Sukleya” matçın sonunadək bir dəfə fərqlənməyə nail olsa da, “qırmızı-qaralar” üstünlüyünü əldən verməyib – 4:2.

Xatırladaq ki, növbəti oyununu iyulun 15-də keçirəcək “Qəbələ” Rusiyanın “Orenburq” klubu ilə görüşəcək.