Boluda ilk sınaq
Xəbərlər / 11 İyul 2023 | 23:561756
Boluda ilk sınaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. Qarşılaşma komandamızın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Eyniadlı şəhəri təmsil edən “Sukleya”nın əsası 2018-ci ildə qoyulub. Növbəti il 2-ci liqanın Cənub zonasının çempionu olan komanda 1-ci dəstəyə vəsiqə qazanıb. 2020/21 mövsümündən burada çıxış edən “Sukleya” ötən çempionatda pley-offa vəsiqə qazansa da, ilk raunda mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.

 

Yoxlama oyunu

12 iyul

17:00. “Qəbələ” - "Sukleya" (Moldova)

Bolu. “Termal otel”in məşq bazası