«Böyük İpək Yolu» turnirində uğurlu çıxış - Fotolar
Xəbərlər / 11 Mart 2014 | 11:44313
Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurub. Bu medallardan 2-i - bir qızıl və bir gümüş "Qəbələ" döyüşçülərinin aktivinə yazılıb. Boksçumuz Lorenzo Sotomayor (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba əsilli idmançı həlledici görüşdə Gürcüstan idmançısı İrakli Melikaşvilini üstələyib. Asəf Aslanlı isə yarışı gümüş medalla yekunlaşdırıb.