Braziliyalı müdafiəçi “Qəbələ”də
Xəbərlər / 10 Avqust 2026 | 20:0537
Braziliyalı müdafiəçi “Qəbələ”də

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

 

“Qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

 

Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.