«Bu bizim üçün qiymətlidir» 
Xəbərlər / 3 Dekabr 2016 | 18:41390
«Bu bizim üçün qiymətlidir» 

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” oyunundan sonra (2:2, pen.4:1) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik. Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik. Yaxşı oyun göstərməsək də, qalib gəldik. Bu çox yaxşı oldu. Həm də qarşıdakı oyunlar öncəsi futbolçularımızın indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir. “Qarabağ”la oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük. Komandanın emosional durumunu, özünəinamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni etdik. Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq. Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar ”