“Bu gün 2 xal itirdik”
Xəbərlər / 28 Fevral 2026 | 20:221121
“Bu gün 2 xal itirdik”

Misli Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Gərəksiz qollar buraxırıq. Sonra da rəqibi qovalamalı oluruq. İndi də standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunu ələ aldıq. Həddən artıq çoxlu qol epizodlarımız oldu. Futbolçularıma çox şey deyə bilmərəm. Sadəcə belə bəsit qollar buraxmaq olmaz”.