«Bu gün komandanın oyunu alınmadı»
Xəbərlər / 11 Avqust 2014 | 05:15208
«Bu gün komandanın oyunu alınmadı»

Premyer Liqanın I turu çərçivəsində baş tutan "İnter"-"Qəbələ" (4:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
 “Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Bütün məsuliyyəti öz boynuma götürürəm. Təbii ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.