«Bu həyəcanı komanda ilə birlikdə yaşamaq istəyirəm»
Xəbərlər / 20 May 2016 | 16:12119
«Bu həyəcanı komanda ilə birlikdə yaşamaq istəyirəm»

Topaz Premyer Liqasının XXXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyunla bağlı fikirlərim müsbətdir. Yaxşı oyun izlədik. Qarşılaşma əsl futbol ab-havasında baş tutdu. Bu matçda hər iki komanda qalib gəlib, mükafatçılar sırasına düşmək istəyirdi. Belə oyunlar çempionata marağı artırır. İstədiyimiz nəticəni əldə etməyimiz yaxşı oldu. Bu üzdən də nəticədən razıyıq. Belə görüşlərdə sakit qalmaq, ehtiyat oyunçular skamyasında oturmaq olmur. Mən də bu həyəcanı ayaq üstə, komanda ilə birlikdə yaşamaq istəyirəm”.