«Bu, istədiyimiz oyunu göstərməyə mane olurdu»
Xəbərlər / 30 Yanvar 2016 | 12:55149
«Bu, istədiyimiz oyunu göstərməyə mane olurdu»

Topaz Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Bu rəqiblə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidir. “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik. Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu. Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.