Misli Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İmişli” oyunundan (3:2) sonra komandamızın məşqçisi George Çixradzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
"Çox maraqlı, dinamik oyun oldu. "Şamaxı" ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbə seriyasını davam etdirmək istəyirdik. Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İki dəfə hesabda önə keçdik. Bu komandanın xarakterini göstərir. Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizi dəstəklədilər. Futbolçulara da "sağ ol" deyirəm. Onlar bütün epizodlarda tam gücləri ilə oynadılar".