Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyunundan (4:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Neftçi”ni təbrik edirəm. Bəlkə də komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıdakı matçlarda daha məzmunlu oyun görəcəyik. Çətin rəqiblərdir. Əsas rəqiblərimiz olan bu üç komanda ilə əvvəlki dövrələrdə daha çox xal toplamışdıq. Bir oyun digərindən fərqlənir. Bu komandaya inanıram, daha yaxşı olacaq. Futbol ehtimalla deyil, əsas yanaşma düzgün olmalıdır. Sərəncamımda olan futbolçular daha yaxşı nəticəyə köklənə bilər. Ilk qolu standartdan, ikincini qapıçının mövqe səhvindən buraxdıq. Sonra toparlanmaq bir az çətin olur. Futbolçunu səhvə görə kəsib atmaq da olmur. Nicatı qazanmalıyıq. O, nə qədər səhv etsə də, ona dəstək göstərəcəyəm. Futbolda səhvsiz mümkün deyil. İnanıram ki, Nicat toparlanacaq və səviyyəsini daha yaxşı göstərəcək”.