Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” – “Partizani” (Albaniya) yoxlama oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk görüş haqda fikirlərini açıqlayıb. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq. İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”