Premyer Liqanın XXXIV turu çərçivəsində baş tutan “Qəbələ” – “İnter” (1:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Biz oyunun çətin olacağını bilirdik. Oyundan razıyam. İki yaxşı komanda mübarizə apardı. Düşünürəm ki, ədalətli nəticə ilə bitən matç gördüyüm ən maraqlı oyunlardan biri idi”.