“Bu, mənim üçün çox vacib idi”
Xəbərlər / 29 Oktyabr 2025 | 19:1416005
“Bu, mənim üçün çox vacib idi”

Bizon Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunundan (5:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxsalar da, yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq”.