Premyer Liqanın XXIII turu çərçivəsində baş tutan “Qəbələ” - “Xəzər Lənkəran” (3:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltmək idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.