Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qrirorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı. Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.