“Bu qələbələr bizə inam verməlidir”
Xəbərlər / 4 Dekabr 2025 | 19:0817927
“Bu qələbələr bizə inam verməlidir”

Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Şəfa” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. O, görüş barədə fikirlərini bildirib:

 

 “Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. “Araz-Naxçıvan”la çətin oyundan sonra komandada yorğunluq var idi. İlk dəqiqələrin çətin olacağını bilirdik. “Şəfa” çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən biridir. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib hesabı bərabərləşdirdi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikimiz var.  Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Bu qələbələr bizə inam verməlidir. Qış fasiləsinə kimi 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq”.