«Bu vəziyyətdən çıxmağa çalışacağıq»
Xəbərlər / 25 Avqust 2019 | 23:27268
«Bu vəziyyətdən çıxmağa çalışacağıq»

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qarabağ”a qarşı oynadıq. Çalışırdıq ki, müdafiədə səhvsiz oynayaq. Bu, sadəcə 45 dəqiqə yetərli oldu. Rəqibin təzyiqinə sonadək dözə bilmədik. Gənc futbolçularımız bir az səbirsizlik göstərdilər. Sadə bir epizodda səhvimizdən qapımıza penalti təyin olundu. Bundan sonra komandada inamsızlıq yarandı və hesab böyüdü. Bu vəziyyətdən çıxmağa, futbolçuları toparlamağa çalışacağıq. Qarşıda hələ çox oyun var. Yusif Nəbiyev də zədəli olub komanda məşqlərindən kənar qaldığı üçün məcburiyyətdən Sadiq Quliyevi müdafiənin solunda oynatdıq. Kənardan izləmək ağırdır. Komandanın bu durumda olması çətindir. Futbolçularımız gənclərdir, rəqib də “Qarabağ”dır. Onlara kompakt oynamaq, vuruşmaq tapşırmışdıq. Amma topa nəzarət rəqibdə oldu”.