Budaqov U-17-də
Xəbərlər / 26 Avqust 2022 | 17:18184
Budaqov U-17-də

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin oyunçusu İlkin Budaqov da yığmaya çağırılıb.

Onun heyətində yer aldığı millimiz avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq keçəcək. U-17 təlim-məşq toplanışı çərçivəsində Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşmalar sentyabrın 4-də və 7-də baş tutacaq.