«Bugünkü nəticə heç kimi qane edə bilməz»
Xəbərlər / 30 Mart 2014 | 17:29338
Premyer Liqanın XXVIII turu çərçivəsində baş tutan "Qarabağ"-"Qəbələ" (3:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “İki fərqli hissə izlədik. Hava şəraiti oynamaq üçün uyğun deyildi. İlk hissədə bərabər oyun getdi, ikinci hissənin əvvəlində isə buraxdığımız qol oyunumuza təsir etdi. Hakimlər Komitəsindən ikinci qolun necə vurulmasına baxmalarını xahiş edirəm. Yəqin ki, hərəkətdə olan topla oyunu başlamaq və oyundankənar vəziyyətdən qol vurmaq olmaz. Buna görə də oyunun hakimlərinə iradım var. Xüsusi ilə də yan xətt hakimlərindən narazıyam. Qarşıda, demək olar ki, bütün dövrə var, ölkə kubokunda yarımfinaldayıq. Hələ heç nə məlum deyil. May ayında mövsümə yekun vurulanda danışacağıq. “Qəbələ” hal-hazırda KİV-də çox müzakirə olunur. Hamı yalnız neqativ halları axtarır. Haqqımızda olmayan şeyləri yazırlar. Guya rəhbərlik mənə dəstək olmur. Rəhbərlik mənə tam dəstək verir. Həm vitse-prezidentimiz, həm də menecerlərimiz komandanın inkişafı üçün çalışır. Təbii ki, bugünkü nəticə heç kimi qane edə bilməz. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Vəziyyətimiz çətin ola bilər, lakin bunun öhdəsindən gələcəyik. Komandada futbolçular arasında yaxşı münasibət var, heç bir problem yoxdur. Bəzən qeyri-obyektiv yazılar getdiyi üçün mətbuatla ünsiyyətə qadağa qoyuruq”.