“Buna uyğun planla hazırlaşdıq”
Xəbərlər / 4 Sentyabr 2026 | 21:4326
“Buna uyğun planla hazırlaşdıq”

Misli Premyer Liqasının IV turunun “Qəbələ” – “İmişli” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib. O, qarşılaşma barədə fikirlərini bildirib:

 

“Üç oyundan sonra 1 xalımız var idi. Komandamızda bəzi dəyişikliklər oldu. Ondan sonra biz məşqçilər heyəti keçirdiyimiz oyunları analiz etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” komandası uzun toplardan çox istifadə edir və standartlarda yaxşı oynayırlar. Buna uyğun planla hazırlaşdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Qələbə münasibəti ilə bütün futbolçuları, azarkeşləri, ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm”.