«Bunu dəyərləndirmək üçün soyuqqanlılıq çatmır»
Xəbərlər / 7 Oktyabr 2023 | 18:331470
«Bunu dəyərləndirmək üçün soyuqqanlılıq çatmır»

Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Səbail” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Bizi ağır oyun gözlədiyini bilirdik. “Səbail” yaxşı təşkilatlanmış komandadır. Böyük üstünlüyə sahib idik. Çox sayda qol imkanları yaratdıq. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir. Belə oyunla məğlub olmamalı idik. Amma futbolun yazılmamış qanunları var ki, bu qədər epizodu dəyərləndirmirsənsə, sonda rəqibə də şans verəcəksən. Bu, səviyyə ilə bağlı deyil. Elə an yaranır ki, həmin vaxt soyuqqanlı olmalısan. Son matçlar göstərir ki, komanda çox sayda imkanlar yaradır, sadəcə bunu dəyərləndirmək üçün soyuqqanlılıq çatmır. Üzərində daha çox dayanmalı olduğumuz epizodların üzərində çalışırıq. İnanıram ki, futbolçular sonluğu da gətirəcəklər. Oyunun keyfiyyətinə görə böyük hesab da gözləmək olardı. Futbol ona görə gözəldir ki, bir hücum quran da oyunda qalib gələ bilər. Zurab Oçiqavanın özü əzələsində dartılma olduğunu deyir. Müayinədən sonra dəqiq bilinəcək”.