«Bunun üçün sonadək mübarizə aparmaq lazımdır»
Xəbərlər / 17 Avqust 2016 | 17:32169
«Bunun üçün sonadək mübarizə aparmaq lazımdır»

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Maribor” (Sloveniya) qarşılaşmasından bir gün əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Maribor”u təhlil etmişik. Rəqib barədə kifayət qədər məlumatımız var ki, bunu da futbolçularla bölüşdük. Onlar da rəqib barədə öz fikirlərini formalaşdırırlar. Sloveniya təmsilçisini güc baxımından əvvəlki rəqiblərimizlə müqayisə etməzdim. “Maribor” güclü, yaxşı təşkilatlanmış komandadır. Rəqibin futbolçuları çox sürətli oynamağı sevirlər. Bu komandada məşqçi işi hiss olunur. Çünki rəqib futbol oynamağı bacarır. Şanslarla bağlı danışmağı xoşlamıram. Bir faiz şans olsa da, bunun üçün sonadək mübarizə aparmaq lazımdır. “Maribor”la matça yüksək səviyyədə konsentrasiya olmuşuq. Ukraynanın Azərbaycandakı səfiri bizə dəstək verir. Azərbaycanda özümü çox gözəl hiss edirəm. Buradakı insanlara minnətdaram. Futbol, onun inkişafı haqda düşünür, buna çalışırıq”.