Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” - “Qəbələ” oyunundan (1:2) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Bu gün çətin oyun oldu. Hər iki komanda üçün qələbə vacib idi. Qalib gəldik, amma bununla kifayətlənməli deyilik. Bundan sonrakı matçlarda da 3 xal əldə etmək lazımdır. Zamanla daha yaxşı olacağıq.
İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var. Bəzən onlar bizi məcbur edirdilər ki, müdafiəyə çəkilək. Oyunun bəzi məqamlarından razı qalsam da, bəzilərindən narazı qaldım. Amma hələ işimiz çoxdur”.