«Buraxdığımız səhvlər qollarla nəticələndi»
Xəbərlər / 10 İyul 2014 | 22:38211
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutan "Şiroki Briyeq""Qəbələ" (3:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"İlk növbədə rəqibimizi təbrik edirəm. İki oyunun nəticəsinə görə “Şiroki Briyeq” ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı. Buraya bir məqsədlə gəlmişdik: nəticəni öz xeyrimizə dəyişmək istəyirdik. Lakin əfsuslar olsun ki, ilk hissədə buraxdığımız səhvlər iki qolla nəticələndi. Bizim də 4 əlverişli qol epizodumuz oldu. Lakin bunlardan istifadə edə bilmədik. Bunlardan başqa xüsusi qeyd olunacaq bir şey yoxdur. Bir daha rəqibi növbəti mərhələyə çıxdıqlarına görə təbrik edirəm".