«Bütün məsuliyyət mənim boynumdadır»
Xəbərlər / 4 İyul 2014 | 07:24197
«Bütün məsuliyyət mənim boynumdadır»

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutan "Qəbələ"-"Şiroki Briyeq" (0:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. "Qəbələ"nin sükanı arxasında ilk rəsmi qarşılaşmaya çıxan rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Sevinə bilmərəm. Çünki oyunumuz alınmadı. Bütün məsuliyyət mənim boynumdadır. Hər kəsdən yenilgiyə görə üzr istəyirəm. Rəqib il yarımdır bir yerdə oynayan komanda idi. Sözsüz ki, cavab oyununda biz möcüzə gerçəkləşdirməklə növbəti mərhələyə keçməyə çalışacağıq. Futbolçulara təşəkkür edirəm, onlar əllərindən gələni etdilər. Futbolçularım çox çalışsalar da, bu gün onların günü deyildi. Problemlərimiz ondadır ki, cəmi 2 həftə hazırlıq keçmişdik. İlk hissədə rəqiblə başa-baş mübarizə apardıq. İkinci hissədə isə yorğunluq öz sözünü dedi və ehtiyatda dəyişiklik etməyə oyunçumuz yox idi. Düşünürəm ki, bu gün “Qəbələ” üçün ən optimal heyəti meydana buraxmışdım."