«Çalışacağıq ki, mövsümü titulla başa vuraq»
Xəbərlər / 1 May 2019 | 20:28212
«Çalışacağıq ki, mövsümü titulla başa vuraq»

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçından (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

"Ağır oyun olacağını bilirdik. Çünki rəqib “Qarabağ” idi. Son illərin çempionu olan prinsipial komandadır. Evdə 1:0 hesabı ilə qalib gəldiyimizdən üstünlüyümüz olsa da, ciddi rəqiblə görüşürdük. Çox çətin idi. Futbolçularımız böyük iş gördülər. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq həqiqətən böyük xarakter, taktiki cəhətdən düzgün oynamaq tələb edirdi. Bir an belə konsentrasiyanı itirməməliydik. Futbolçuları təbrik edirəm. Bizi qarşıda final gözləyir. Finalda 4-cü dəfə uduzmaq fikrimiz yoxdur. Çalışacağıq ki, mövsümü titulla başa vuraq. “Qarabağ” kimi qol vura bilən komandaya qarşı oynayırdıq. Futbolçuları sona qədər özlərinə inanmağa çağırmışdıq. Bunu onlara aşılamışdıq. Hesab 2:0 olanda sona qədər inanırdıq ki, bir qol vurub ümumi nəticəni dəyişə bilərik. Finaldakı rəqibin kimliyi fərq etmir. Çünki final 1 oyundan ibarətdir. Burda gözləmədiyin nəticələr ola bilər. Həmin matça psixoloji hazırlaşmaq rol oynayır. Futbolçuların bir hədəfi var idi ki, finala çıxıb kuboku muzeyimizə aparaq. Mövsümü titulla başa vurmaq, kuboku sabiq prezidentimiz Tale Heydərova hədiyyə etmək istəyimiz var”.