«Cavab matçında imkanlardan yararlanmağa çalışacağıq»
Xəbərlər / 2 İyul 2015 | 19:17164
«Cavab matçında imkanlardan yararlanmağa çalışacağıq»

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Dinamo” (Tiflis, Gürcüstan) - “Qəbələ” (2:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“İlk hissədə futbolçularımız əsəbi təsir bağışlayıb, dağınıq oyun nümayiş etdirirdi. Lakin komandamızın daha yaxşı oynamağı bacardığına əminəm. Məğlub olmağımıza baxmayaraq, çox qol imkanları yaratdıq. Amma təəssüf ki, onlardan yararlana bilmədik. Futbolda azlıqda qalan komandanın qol vurması halları çox olur. Rəqib azlıqda düzgün oyun nümayiş etdirdi. Komandanın formalaşması üçün zamana ehtiyac var. Bəlkə də səhvlər ilk oyun olması ilə bağlı idi. Əvəzetmələrlə oyunu dəyişmək istədik. Hədəfimiz cavab oyununu daha yaxşı keçirib, bugünkü səhvləri təkrarlamamaqdır. Mərhələ keçmək şanslarımız qalıb. Cavab matçında imkanlardan yararlanmağa çalışacağıq”.