«Cavab oyununa ciddi yanaşmalıyıq»
Xəbərlər / 16 Aprel 2014 | 20:14194
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan ilk oyundan - "Qəbələ"-"Xəzər Lənkəran" (3:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin qarşılaşma barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq. Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı”.