Cavad Ağayev Avropa çempionatında bürünc medal qazandı
Taekvondo / 8 Oktyabr 2019 | 14:201088
Cavad Ağayev Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Avropa çempionatında uğurla çıxış edib. İdmançımız İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında qitə birinciliyində dayanaq üzərinə çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan Ağayev  xorvatiyalı Yosip Biliç, almaniyalı Yona Porş və ermənistanlı İqor Karapetyanı yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Bu mərhələdə rusiyalı Erik Aqeyenka ilə döyüşdə cütlüyün qalibini qızıl xal həll edib. Rusiya idmançısı qarşılaşmanın qalibi olub. Beləliklə, qitə çempionatında 3-cü olan idmançımız bürünc medal qazanıb.