Cavad Ağayev Belçikada qızıl medal qazandı
Taekvondo / 17 Mart 2019 | 13:121081
Cavad Ağayev Belçikada qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvü olan idmançımız Belçikanın Lommel şəhərində keçirilən beynəlxalq turnirdə fərqlənib. O, sayca 40-cı olan G2 kateqoriyalı "Belgium Open" turnirində dayanq üzərinə çıxıb. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 

Xatırladaq ki, turnirdə 69 ölkədən 1272 taekvondoçu mübarizə aparıb.