Cavad Ağayevdən gümüş medal
Xəbərlər / 8 Mart 2020 | 01:42582
Cavad Ağayevdən gümüş medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatını qazanıb. İdmançımız Hollandiyanın Eydhoven şəhərində keçirilən “Dutch Open”də fərqlənib. 68 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz G1 kateqoriyalı yarışda finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici qarşılaşmada məğlub olan Cavad gümüş medala yiyələnib.