Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatını qazanıb. İdmançımız İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı "Fajr Open" beynəlxalq turnirində fərqlənib.
68 kq çəki dərəcəsində çıxış edən Ağayev finala qədər bütün rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşma ərəfəsində zədələnən taekvondoçumuz final görüşünə çıxa bilməyib. Cavad "Fajr Open" turnirinin gümüş mükafatını qazanıb.