Cavad Ağayevdən gümüş medal
Xəbərlər / 10 Avqust 2022 | 21:00223
Cavad Ağayevdən gümüş medal

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız V İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Türkiyənin Konya şəhərində təşkil olunan yarışda öncə albaniyalı Orseld Şkalla, ardınca Qazaxıstan təmsilçisi Eldar Birimbayı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə seneqallı Mansour Mouhamadounu üstələyən taekvondoçumuz finalda özbəkistanlı Uluqbek Raşidova uduzaraq, gümüş medala sahib çıxıb.