Azərbaycan milli komandasının və “Qəbələ”nin taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında fərqlənib.
O, 68 kq çəki dərəcəsində qitə ikincisi olub. Finala qədər Pablo Patino (İspaniya), Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxanı (Almaniya) məğlub edən Cavad həlledici görüşə vəsiqə qazanıb. Çempionluq uğrunda qarşılaşmada Arslan Dəmirə (Türkiyə) uduzan taekvondoçumuz gümüş medala yiyələnib.