Taekvondo üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə keçirilən çempionatda respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin 2001-ci il və ondan böyük yaş qruplarının idmançıları mübarizə aparır. "DAEDO" international taekvondo sistemi ilə keçirilən çempionatın ilk günündə 9 dəst medal sahibini tapıb. Azərbaycan Boks Federasiyasının idman zalında təşkil olunan çempionatda “Qəbələ” İdman Klubunun təmsilçiləri də dayanq üzərinə çıxıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. Bununla da Azərbaycan çempionu tituluna yiyələnən taekvondoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.