“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. İdmançımız Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində təşkil olunan böyüklər arasında Azərbaycan çempionatında fərqlənib.
Cavad Bakı İdman Sarayında keçirilən yarışda 74 kq çəkidə mübarizə aparıb. Taekvondoçumuz bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına yiyələnib. Qızıl medal qazanan Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.