Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun daha bir boksçusu yarışa qələbə ilə başlayıb. Turnirin ikinci günündə rinqə çıxan Cavid Çələbiyevin (63 kq) debütdəki rəqibi Kiril Rusinov (Bolqarıstan) olub. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə təmsilçimiz qələbə qazanıb - 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29). Dünya çempionumuzun növbəti rəqibi irlandiyalı George Bates olacaq. 1/8 final görüşü martın 17-də baş tutacaq.
Xatırladaq ki, bir gün əvvəl yarışa qələbə ilə başlayan Kamran Şahsuvarlı 1/16 finala vəsiqə qazanıb.