Cavid Çələbiyev Olimpiya Oyunlarına qələbə ilə başladı
Xəbərlər / 25 İyul 2021 | 15:16278
Cavid Çələbiyev Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. 63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində rinqə çıxıb. Dünya çempionumuz Ukrayna boksçusu Yaroslov Hartsizlə görüşüb. Çələbiyev qarşılaşmada 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Boksçumuz 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.