Topaz Premyer Liqasının VI turunun rəmzi komandası müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ” də təmsil olunub. “Qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov siyahıda yer alıb. O, mövsümdə ilk dəfə rəmzi komandaya daxil edilib.